İsrail ordusu Qəzzanın şimalında soyqırım törətməyə davam edir

Nov 2, 2024 - 10:18
 0  15
İsrail ordusu Qəzzanın şimalında soyqırım törətməyə davam edir

Xeber.ge xəbər verir ki,  İsrail ordusunun Qəzza zolağının şimalında 27 gündür törətdiyi hücumlar nəticəsində 1200-dən çox fələstinli həyatını itirib.

Qəzzadakı Səhiyyə Nazirliyinin baş direktoru Munir Abdullah əl-Berş İsrailin Qəzzanın şimalına təşkil etdiyi hücumlarla bağlı açıqlama verib. O, İsrail ordusunun Beyt Lahiyadakı mülki vətəndaşları hədəf alaraq soyqırım törətməyə davam etdiyini vurğulayıb. Berş İsrailin cinayətlərini dayandıracaq nəzarətçi olmadığı üçün öldürmə və məhv etmə fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

Berş əlavə edib ki, İsrail ordusu tibbi ləvazimatların Qəzzanın şimalına daxil olmasına mane olur və Kemal Advan, Əl-Avdə və İndoneziya xəstəxanalarını mühasirədə saxlayır.

mənbə: az.shafaqna.com