İsrail hücumu nəticəsində fələstinli jurnalist Xan Yunisdə diri-diri yanıb

Xeber.ge xəbər verir ki,
Bazar günü internetdə yayılan narahatedici görüntülərdə jurnalistin alovlara büründüyü, fələstinlilər ilə xilasedicilərin isə alovun söndürülməsinə çalışdıqları yer alıb.
Fələstinli jurnalist Vael Abo Ömər X platformasında bildirib ki, “İsrail raketləri həmkarımız Əhməd Mənsuru yandırıb və o, hazırda reanimasiyadadır. O, jurnalistlərin Nasser xəstəxanasının düşərgəsində qaldığı çadırın hədəfə alınması nəticəsində ciddi xəsarət alıb”.
İsrail havadan hücumu nəticəsində daha iki jurnalistin öldüyü, digərlərinin isə yaralandığı bildirilir.
mənbə: azshafaqna.com