İsrail hər saat 1 uşağı qətlə yetirir – QƏZZADA

Dec 25, 2024 - 14:54
 0  28
İsrail hər saat 1 uşağı qətlə yetirir – QƏZZADA

İsrail ordusu Qəzza sektorunda hər 1 saatda 1 fələstinli uşağı qətlə yetirir.

Xeber.ge xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) bildirilib.

2023-cü il 7 oktyabrdan bəri İsrail ordusu Qəzza sektorunda 14,5 min uşağı öldürüb.

Şiddətli bombardman şəraitində sağ qalan uşaqların hamısında isə fiziki və ya psixoloji yara və travmaları var.

Qeyd edək ki, 14,5 min rəqəmi yalnız rəsmi rəqəmlərdir. Müharibə şəraiti səbəbilə isə qətlə yetirilən uşaqların real sayı məlum deyil.

İsrailin Qəzzada qətlə yetirdiyi dinc fələstinlilərin sayı 45 338 nəfərə, yaralıların sayı isə 107 764 nəfər çatıb.

Qeydedilən tarixdən bəri İsrail Qəzza sektorunu hərtərəfli – sudan, qurudan və havadan blokada altında saxlayır və bombardmana məruz qoyur. Bölgədə aclıq və susuzluq hökm sürür.

İsrailin öldürdüyü Qəzza sakinlərinin böyük hissəsini uşaqlar və qadınlar təşkil edir.

Təxminən 10 min qəzzalı isə itkin düşüb.

Müharibə davam etdiyi üçün tam dəqiq rəqəmləri səsləndirmək qeyri-mümkündür, ehtimallara əsasən, İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı açıqlanan rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.

Bəzi mənbələrin məlumatına görə, qurbanların sayı ilə bağlı real rəqəm səsləndirilənlərdən bir neçə dəfə çoxdur.

mənbə:az.shafaqna.com