Husilər İsraildəki hədəflərə zərbələr endiriblər

Jul 31, 2025 - 10:36
 0  13
Husilər İsraildəki hədəflərə zərbələr endiriblər

Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı PUA-lardan istifadə edərək İsraildəki üç hədəfə hücum edib.

Xeber.ge xəbər verir ki, bu haqda hərəkatın hərbi qanadının sözçüsü Yəhya Saria məlumat verib.

"Yəmən Hərbi Hava Qüvvələri beş PUA-dan istifadə etməklə üç hərbi əməliyyat həyata keçirib. Bu əməliyyatlar zamanı Yaffa (Təl-Əviv) bölgəsində, Aşkelon və Negev səhrasında hərbi hədəflər vurulub", - o bildirib.

mənbə: apa.az