Husilər İsrail-İran münaqişəsinə qoşulur

Jun 18, 2025 - 10:37
 0  23
Husilər İsrail-İran münaqişəsinə qoşulur

Yəmənin "Ənsar Allah"  hərəkatının üzvləri (husilər) İrana dəstək vermək üçün İslam Respublikası və İsrail arasındakı münaqişəyə qoşulacaqlar.

 Xeber.ge xəbər verir ki,bunu Yəmən hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buheyti "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

"İsrail İranın nüvə obyektlərini hədəfə alaraq bütün qırmızı xətləri keçib. Biz Qəzzadakı qardaşlarımızı dəstəklədiyimiz kimi, İsrailin hücumlarını dəf etməkdə də İrana dəstək vermək üçün münaqişəyə müdaxilə edəcəyik", - husilərin nümayəndəsi bildirib.

mənbə: oxu.az