Husilər Ben-Qurion hava limanını vurdular – VİDEO
Yəmən ordusu İsrailə qarşı yeni hərbi əməliyyat həyata keçirib.
Xeber.ge xəbər verir ki,
Yayılan görüntülərdən məlum olur ki, İsrail HHM sistemləri raketi tuta bilməyib və raket öz hədəfinə çatıb.
İtkilər və dəyən zərərin miqyası barədə məlumat yoxdur.
Hava limanında uçuş və enişlərin dayandırıldığı qeyd edilir.
Xatırladaq ki, Yəmən (“Ənsarullah” hərəkatı, husilər) Qəzza sektorunda İsrail tərəfindən qətliam və soyqırımına məruz qalan Fələstin xalqına dəstək məqsədi ilə İsrailə qarşı dəniz blokadası həyata keçirir, İsraillə əlaqələri gəmilərə zərbələr endirir, həmçinin İsraildəki hərbi hədəflərə qarşı hərbi əməliyyatlar keçirir. Bundan başqa bölgədə Yəmən Silahlı Qüvvələri ilə ABŞ ordusu arasında da toqquşmalar baş verməkdədir.
mənbə: az.shafaqna.com