Hindistanın əhalisi 1.5 milyarda yaxınlaşır

Jun 11, 2025 - 11:19
 0  10
Hindistanın əhalisi 1.5 milyarda yaxınlaşır

Hindistanın əhalisi 1.5 milyard nəfərə yaxınlaşır və gələcəkdə daha 200 milyon nəfər artacağı proqnozlaşdırılır.

Xeber.ge xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən hazırlanmış hesabatda bildirilir.

"Hindistan hazırda dünyanın ən sıx məskunlaşmış ölkəsidir - təxminən 1.5 milyard əhalisi var. Bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1.7 milyarda qədər artacağı gözlənilir", - hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.

Beynəlxalq təşkilatın proqnozuna görə, 2080-ci illərin ortalarında Yer kürəsinin əhalisi 10.3 milyard nəfərə çatacaq.

mənbə: oxu.az