Gürcüstanın əsas müxalifət koalisiyasının lideri azadlığa çıxıb

Dec 16, 2024 - 21:32
 0  37
Gürcüstanın əsas müxalifət koalisiyasının lideri azadlığa çıxıb

Tbilisidə aksiyalar zamanı həbs edilmiş Gürcüstanın əsas müxalifət koalisiyası – “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya azadlığa çıxıb.

İnzibati həbs müddəti bitən Qvaramiya saxlanıldığı Marneuli təcridxanasını tərk edib.

O, Tbilisidə mitinq keçirilən əraziyə gedəcəyini deyib.


Xatırladaq ki, Nika Qvaramiya dekabrın 4-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, 12 sutka inzibati həbs cəzası alıb.

mənbə: apa