Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb
Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, oktyabrın 4-də prezident administrasiyasına basqınlara rəhbərlik etməkdə ittiham edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Laşa Maqradzenin sözlərinə görə, Axalaya aksiyada iştirak etməsə də, o, evdən internet proqramlarından istifadə edərək onlayn rejimdə liderlik edib. Bu, IP ünvanlarının və internet məlumatlarının dekodlanması ilə təsdiqlənib.
mənbə: modern