Gürcüstanın Baş naziri xarici təlimatçılarla üz-üzə qalmışıq
Görünür, xarici təlimatçılarla üz-üzə qalmışıq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidəki etiraz aksiyalarında saxlanılan əcnəbi şəxslər barədə danışarkən bildirib.
“Dünən Böyük Britaniya vətəndaşı saxlanıldı, o, qanunsuz olaraq parlament binasına daxil olmuşdu. Görünür, xarici təlimatçılarla üz-üzə qalırıq, onlar zorakılıq qruplarına rəhbərlik edirlər. Amma əvvəlcədən nəsə demək istəmirəm, bu, təhqiqatçılara aid məsələdir”, - Baş nazir qeyd edib.
mənbə: report