Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib
 
                                Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar 04:08-də Tbilisidən 51 kilometr aralıda, Dmanisi şəhəri yaxınlığında qeydə alınıb və onun gücü 3,1 bal olub.
İkinci zəlzələ isə saat 05:32-də baş verib və episentri Cava qəsəbəsi olub. Zəlzələnin gücü 3,9 bal olub.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            