Gürcüstanda narkotiklərə qarşı növbəti reyd nəticəsində 44 nəfər saxlanılıb-VİDEO

Aug 22, 2025 - 13:08
 0  43

Gürcüstanda narkotiklərə qarşı genişmiqyaslı reyd çərçivəsində son 24 saat ərzində 44 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Daraxvelidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

Saxlanılan şəxslər narkotik vasitəni satmaq, satmağa hazırlaşmaq, satmağa cəhd etmək, satışına köməklik etmək, Gürcüstana narkotik vasitələri gətirmək, habelə xüsusilə külli miqdarda narkotik vasitələri almaq və saxlamaqda ittiham olunurlar.

Təqsirləndirilənlər arasında həm Gürcüstan vətəndaşları, həm də əcnəbilər var.