Gürcüstanda lombardlara qoyulan girovların dəyəri
Gürcüstanda lombardlara qoyulan girovların dəyəri 1,57 milyard lariyə çatıb.
XEBER.GE xəbər verir ki, mikromaliyyə təşkilatlarında girov saxlanılan qızıl-zinət əşyaları və digər qiymətli əşyaların ümumi dəyəri ötən illə müqayisədə 33% artaraq 1,57 milyard lari olub.
Girov portfelinin əsas hissəsini 1,48 milyard lari dəyərində qızıl və zinət əşyaları təşkil edir. Bundan başqa, lombardlarda 118 milyon lari dəyərində avtomobil və 6,8 milyon lari dəyərində daşınmaz əmlak girov saxlanılır.
Lombard kreditləri mikromaliyyə təşkilatlarının kredit portfelinin 79%-ni təşkil edir.