Gürcüstanda iyunun 13-dək leysan, şimşək və dolu gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi iyunun 13-dək ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnozu təqdim edib.
Xeber.ge xəbər verir ki, qurumun yaydığı məlumata görə, yaxın günlərdə yüksək temperatur fonunda Gürcüstanın əksər bölgələrində arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə isə dolu düşəcəyi gözlənilir.
Bölgələr üzrə hava proqnozu:
- Tbilisi: Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27...+29 dərəcə təşkil edəcək.
- Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): İyunun 11-də yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +25...+27 dərəcə olacaq.
- Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zugdidi, Martvili, Ozurgeti): İyunun 11-də əksər rayonlarda qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur gündüz +28...+30 dərəcəyə çatacaq.
- Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Sageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): İsti hava fonunda bəzi yerlərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Gündüz temperatur +26...+28 dərəcə təşkil edəcək.
- Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir, gündüz temperatur +21...+23 dərəcə olacaq.
- Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur gündüz +28...+30 dərəcə olacaq.
- Kaxeti bölgəsi (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplisskaro): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Temperatur gündüz +27...+29 dərəcə təşkil edəcək.
- Şərqi Gürcüstanın dağlıq rayonları (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu gözlənilir. Temperatur gündüz +25...+27 dərəcə olacaq.
- Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Salka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış gözlənilir. Temperatur gündüz +17...+19 dərəcə təşkil edəcək.