Gürcüstanda geyim və ayaqqabı idxalına görə gömrük rüsumu artırılıb

Nov 27, 2026 - 22:21
 0  13
Gürcüstanda geyim və ayaqqabı idxalına görə gömrük rüsumu artırılıb

Hökumətin qərarı ilə geyim və ayaqqabı idxalına görə gömrük xidmətinin rüsumu artırılıb. Dəyişiklik cari ilin noyabrın 25-dən qüvvəyə minib.

XEBER.GE xeber  verir ki, yeni qaydaya əsasən, əgər əvvəllər idxalçılar gömrük xidmətinə görə təxminən 100–500 lari ödəyirdilərsə, indi rüsum malların çəkisinə uyğun müəyyənləşdirilir. Belə ki, bir kiloqram malın idxalı üçün 3 lari, bir ton üçün isə 3 000 lari ödənilməlidir.

Dəyişiklik ikinci əl geyimlərə və Avropadan idxal olunan geyimlərə şamil edilmir.

Artırılmış rüsum ticarətçilər üçün əlavə maliyyə yükü yaradır. İdxal xərclərinin artmasının məhsulların pərakəndə satış qiymətlərinə də təsir edəcəyi gözlənilir. Nəticədə istehlakçılar həm bazarlarda, həm də mağazalarda geyim və ayaqqabıları daha baha qiymətə almaq məcburiyyətində qala bilərlər.