Gürcüstanda bu tarixdə hava pisləşəcək

Jun 16, 2025 - 14:40
 0  84
Gürcüstanda bu tarixdə hava pisləşəcək

16-17 iyun tarixlərində ölkənin bəzi bölgələrində hava şəraitinin kəskinləşəcək.

Bu barədə Gürcüstanın Ətraf Mühit Milli Agentliyi xəbərdarlıq yayıb.

Məlumata görə, Qərbi Gürcüstanın bir sıra rayonlarında güclü yağış və ildırım müşahidə olunacaq. Şərqi Gürcüstanın ayrı-ayrı ərazilərində isə dolu düşəcəyi ehtimal olunur. Qərb istiqamətli güclü külək əsəcək.

Agentlik qeyd edir ki, gözlənilən yağıntılar nəticəsində ölkənin çaylarında su səviyyəsinin əhəmiyyətli artması, kiçik çaylarda daşqınlar və dağlıq, təpəlik zonalarda torpaq sürüşməsi və sel proseslərinin yaranması və ya aktivləşməsi mümkündür. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

mənbə: interpress