Gürcüstanda 28 min lari dəyərində aksizsiz siqaret müsadirə edildi, bir nəfər saxlanıldı

Nov 3, 2026 - 12:09
 0  20
Gürcüstanda 28 min lari dəyərində aksizsiz siqaret müsadirə edildi, bir nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları xüsusilə külli miqdarda aksiz markası olmayan siqaretlərin saxlanılması faktı ilə bağlı bir nəfəri həbs ediblər.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ticarət obyektində müxtəlif markalı aksizsiz siqaretlər saxlayıb və onların satışını həyata keçirib.

Aparılan istintaq tədbirləri nəticəsində ticarət obyektindən ümumi dəyəri 28 040 lari olan 4 243 qutu aksizsiz siqaret, həmçinin siqaret satışından əldə edilmiş 100 000 laridən çox pul vəsaiti götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.