Gürcüstanda 20 min saxta ABŞ dollarını dövriyyəyə buraxan 3 şəxs saxlanıldı
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin bəyanatına əsasən, külli miqdarda saxta pul əldə etmə və satma ittihamı ilə 3 nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirliən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz maddi mənfəət əldə etmək məqsədilə ümumi dəyəri 20 000 ABŞ dolları təşkil edən 200 ədəd saxta 100 dollarlıq əskinası dövriyyəyə buraxıblar.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta dollar əskinasları tam şəkildə müsadirə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsi (saxta pul hazırlama və ya satma) ilə istintaq aparılır.
Bu maddə 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.