Gürcüstan - Türkiyə sərhədində görünməmiş hadisə: 910 ədəd su tısbağası ələ keçirildi

Feb 16, 2025 - 09:47
 0  138
Gürcüstan - Türkiyə sərhədində görünməmiş hadisə: 910 ədəd su tısbağası ələ keçirildi

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi dəstələri tərəfindən Gürcüstanla sərhəddəki Sarp Gömrük Qapısında bazar dəyəri 655 milyon lirə olan 910 ədəd su tısbağası ələ keçirilib.

Yükün skan edilməsi zamanı şübhəli sıxlıq aşkar edilib. Bu, ətraflı axtarışa səbəb olub.

Əməkdaşların diqqəti nəticəsində qanunsuz yollarla Türkiyəyə gətirilən canlılar xilas edilib.

Hadisə ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb.

, mənbə: oxu