Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhd etməkdə şübhəli bilinən üç nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər “Sarpi” və “Kirnati sərhəd-keçid məntəqələrindən yan keçərək piyada Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.