Gürcüstan Konstitusiya Məhkəməsi üç müxalif partiyanın ləğvi üzrə iddianı qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı iddiasını qəbul edib.
Sənəd məhkəmənin saytında dərc edilib.
Hakim “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarının müəllifi olduğu iddiada 88 deputatın imzası yer alıb.
Konstitusiya məhkəməsi bunu əsaslandırılmış hesab edib və baxılması üçün plenuma göndərib.
İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.
Qeyd edək ki, iddiada keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilərək ləğvi tələb olunur.
mənbə: apa