Göldə yaşlı kişinin meyiti tapılıb

Goridə, “Axalbaği” mədəniyyət və istirahət parkının ərazisində yerləşən süni göldə yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə ilə bağlı səhər saatlarından etibarən istintaq tədbirləri aparılır.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 115-ci maddəsi (intihara təhrik) üzrə aparılır.
Məlumata görə, ölən şəxs artıq müəyyən edilib və onun 70 yaşlarında olduğu bildirilib.
Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
mənbə: Interpress