Elon Mask "X"i satdı - Bu qiymətə...

Amerikalı multimilyarder, ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask sosial media şirkəti olan "X"i satıb.
Xeber.ge xəbər verir ki,
Satış 33 milyard dollara başa gəlib.
"xAI və X-in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə xAI-nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə X-in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq”, - deyə Mask bildirib.
Xatırladaq ki, Mask 2022-ci ildə sosial media şirkəti olan “Twitter”i 44 milyard dollara satın aldıqdan sonra onun adını "X" olaraq dəyişmişdi.
mənbə: publika.az