Dünən keçirilən etiraz aksiyasında saxlanılanların sayı açıqlandı

Feb 3, 2025 - 13:53
 0  37
Dünən keçirilən etiraz aksiyasında saxlanılanların sayı açıqlandı

2 fevral tarixində "Tbilisi Mall" ərazisində baş verən etiraz aksiyası zamanı ümumilikdə 31 şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, həbs edilən hər kəs, polis əməkdaşının qanuni tələbinə tabe olmamaları səbəbindən, inzibati qaydada 173-cü maddəyə əsasən cəzalandırılıb. 

Məlumata görə, həbs edilənlərdən bəziləri artıq imza müqabilində azad edilib, o cümlədən "Dəyişikliklər Koalisiyası"nın liderlərindən biri Nika Meliyada azad edilb.

mənbə: Interpress