Bu tarixlərdə güclü yağış, ildırım və dolu gözlənilir
 
                                7 sentyabr günün ikinci yarısından 8 sentyabr səhərinədək ölkənin əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə isə güclü olacağı proqnozlaşdırılır.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, ildırım və dolu da gözlənilir, sahil rayonlarında isə küləyin güclənməsi ehtimal olunur.
“Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq zonalarında isə sürüşmə və sel proseslərinin yaranmasına – aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta dərəcəlidir”, – deyə agentliyin açıqlamasında bildirilir.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            