Bu il Gürcüstandan 46 Azərbaycan vətəndaşı deportasiya edilib
 
                                2024-cü ilin üçüncü rübündə Gürcüstandan 18 Azərbaycan vətəndaşı deportasiya edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin avqust-oktyabr ayları ərzində Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 6-sı (3 qız, 3 oğlan) yaşı 18-ə çatmayanlar olub. Məlumata görə, bu il Gürcüstandan ümumilikdə 46 Azərbaycan vətəndaşı deportasiya edilib.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            