Bu gün Mixeil Saakaşviliyə daha bir hökm oxunacağı gözlənilir

Mar 14, 2025 - 13:08
 0  88
Bu gün Mixeil Saakaşviliyə daha bir hökm oxunacağı gözlənilir

Dövlət sərhədinin qanunsuz keçilməsi faktı ilə bağlı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə qarşı irəli sürülən cinayət işində hökmün bu gün, 14 mart tarixində elan olunacağı gözlənilir.

Prosedura əsasən, bu günkü prosesdə təqsirləndirilən şəxs – Mixeil Saakaşvili son sözünü söyləmək hüququndan istifadə etməlidir. Lakin onun bu hüquqdan istifadə edib-etməyəcəyi və "Vivamedi" klinikasından onlayn qoşulub-qoşulmayacağı hələ məlum deyil.

Ötən məhkəmə iclasında müdafiə tərəfi yekun çıxışını edib.

Xatırladaq ki, Mixeil Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə ittiham irəli sürülüb, bu maddə dövlət sərhədinin qanunsuz keçilməsini nəzərdə tutur. Sözügedən fakt üzrə istintaq 2021-ci il oktyabrın 1-də başlanıb.

Bu iş çərçi vəsində daha 4 nəfərə – Elquca Tsomaiaya, Zurab və Şalva Tsotsoria qardaşlarına, həmçinin Qiorqi Narimanidzeyə qarşı ittiham irəli sürülüb. Onların işi ayrıca icraatda aparılır və onlar girov müqabilində azadlığa buraxılıblar.

mənbə: marneulifm