Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb

Apr 13, 2026 - 14:04
 0  8
Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının dəniz blokadasına qoşulmayacaq.

 Xeber.ge xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer "BBC" radiosuna verdiyi müsahibədə bildirib.

“Biz İran limanlarının blokadasını dəstəkləmirik”, - deyə britaniyalı hökumət başçısı bildirib. O əlavə edib ki, Britaniya Hörmüz boğazının gəmiçilik üçün açılmasına fokuslanıb.

“Biz enerji qiymətləri ən tez zamanda bu yolla aşağı sala bilərik”,- deyə Starmer vurğulayıb.

mənbə: trend.az