Boynunda insan haqqı olan halallaşa bilmirsə…

“Haqqun-Nas” (insanların haqqı) termini, İslam fiqhində başqalarının maddi və ya mənəvi hüquqlarının pozulması anlamına gəlir. Bu, oğurluqdan tutmuş qeybətə, borcun qaytarılmamasından tutmuş başqasına haqsız yerə zərər verməyə qədər geniş bir spektri əhatə edir.
İslamda, xüsusilə şiə fiqhində Allahın haqqı (haqqullah) ilə insanların haqqı (haqq-un-nas) arasında incə fərq var:
Allah bağışlayandır, lakin insanların haqqı yalnız həmin şəxslə halallaşmaqla və ya haqqı ödəməklə aradan qalxır.
Boynunda insan haqqı olan (haqq sahibini tapa bilmirsə və ya tanımırsa) halallaşa bilmirsə nə etməlidir?
Şiə dünyasının böyük mərcəyi-təqlidlərindən biri olan Ayətullah Əl-Üzma Seyid Sistani, bir nəfərin verdiyi “boynumda haqqun-nas var, nə etməliyəm?” sualına belə cavab verib.
Sual: Boynunda “haqqun-nas” (yəni bir insanın maddi və ya mənəvi haqqı) olan şəxs nə etməlidir?
Cavab: “Əgər həmin haqqın sahiblərini tanıyırsınızsa, mütləq onlara mallarını qaytarmalı və ya borcunuzu ödəməlisiniz. Əgər sahiblərini tanımır və tapa bilmirsinizsə, onların niyyəti ilə sədəqə verməlisiniz.”
mənbə: azshafaqna.com