Böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi faktı üzrə iki nəfər saxlanılıb
 
                                Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstan Polis Departamentinin Xelvaçauri Rayon Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, qabaqcadan razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və narkotik vasitənin qanunsuz dövriyyəsinə yardım etməkdə ittiham olunan Belarus vətəndaşları – 2000-ci il təvəllüdlü E.L., 2000-ci il təvəllüdlü V.Z. və 2001-ci il təvəllüdlü G.K. saxlanılıblar.
Cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Hüquq müdafiəçiləri Batumidə saxlanılan şəxslərin şəxsi və müvəqqəti yaşayış yerində apardıqları axtarış zamanı sübut kimi satış üçün qablaşdırılmış xüsusilə böyük miqdarda “marixuana” narkotik vasitəsi, narkotik vasitələrin qablaşdırılması və becərilməsi üçün lazım olan materiallar aşkar edərək götürüblər.
İstintaq çərçivəsində, həmçinin, Xelvaçauri bələdiyyəsi və Batumidə yerləşən 17 fərqli məkanda satış məqsədilə yerləşdirilmiş marixuana da götürülüb. Habelə, saxlanılan şəxslərdən birinin mobil telefonunda həmin məkanların fotoşəkilləri aşkar edilib,” – deyə DİN-in bəyanatında qeyd olunur.
Qurumun verdiyi məlumata görə, faktla bağlı istintaq aparılır.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            