Biznesə sərmayə adı altında vətəndaşları aldatan şəxslər həbs edilib

Sep 30, 2026 - 11:28
 0  16
Biznesə sərmayə adı altında vətəndaşları aldatan şəxslər həbs edilib

Külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə, qrup halında ələ keçirmək ittihamı ilə iki nəfər saxlanılıb .

XEBER.GE xeber  verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, kompleks şəkildə həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşlara guya öz biznes fəaliyyətləri üçün pul vəsaitini müvəqqəti olaraq verməyi təklif edir, bunun müqabilində isə aylıq mənfəət ödəməyi və razılaşdırılmış müddətdə əsas məbləği geri qaytarmağı söz verirdilər.

İş materiallarına görə, qeyd olunan üsulla təqsirləndirilən şəxslər zərərçəkənlərin əmlakı olan pulu alıblar, lakin razılaşdırılmış mənfəəti ödəməyiblər, həmçinin vətəndaşlara əsas məbləği qaytarmayıblar.

Təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində vətəndaşlara 275 000 lari məbləğində ziyan dəyib.

Polis hər iki şəxsi hakim qətnaməsi əsasında saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır, cinayət 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.