Batumidə 23 yaşlı gəncin axtarışı davam edir

Jul 7, 2026 - 09:49
 0  25
Batumidə 23 yaşlı gəncin axtarışı davam edir

Gürcüstanın Batumi şəhərində dənizdə itkin düşən 23 yaşlı gəncin axtarışları üçüncü gündür ki, fasiləsiz davam etdirilir.

XEBER.GE xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib ki, axtarış-xilasetmə əməliyyatları hazırda da intensiv şəkildə aparılır.

Qeyd edək ki, 23 yaşlı gənc iyulun 5-də dostu ilə birlikdə dənizə girib. O, qısa müddət sonra gözdən itib və həmin vaxtdan etibarən onun tapılması istiqamətində axtarışlar davam edir.