Bakı-Tbilisi qatarının sərnişinləri limitsiz internetlə təmin ediləcək
"Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişinlər limitsiz internetlə təmin ediləcəklər".
Xeber.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, qatarlarda bu məqsədlə xüsusi Wi-Fi quraşdırılacaq: "Qatarların bütün vaqonlarında komfort, komfort+ və lüks vaqonların hər birində internetdən istifadə mümkün olacaq. Sərnişinlərin yolboyu internetdən fasiləsiz istifadəsi təmin ediləcək".
mənbə: oxu.az