Azyaşlıya qarşı zorakılıq: dayə tutuldu
"DİN"-nin məlumatına görə, Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş idarəsinin əməkdaşları azyaşlıya qarşı zorakılıq ittihamı ilə 1962-ci il təvəllüdlü N.K.-ni saxlayıblar.
Cinayət 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xeber.ge xeber verir ki, istintaq müəyyən edib ki, Tbilisidə bir ailədə dayə kimi çalışan təqsirləndirilən şəxs 2024-cü il təvəllüdlü azyaşlıya qarşı fiziki zorakılıq tətbiq edib. Hadisə ilə bağlı görüntülər uşağın evində quraşdırılmış videokamera tərəfindən qeydə alınıb,” – deyə nazirliyin açıqlamasında bildirilir.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim hissəsinin “a” bəndi ilə – azyaşlıya qarşı zorakılıq faktı üzrə aparılır.