DTX: Tbilisi meriyasının əməkdaşı həbs olundu

Nov 15, 2025 - 13:34
Nov 15, 2025 - 13:38
 0  22
DTX: Tbilisi meriyasının əməkdaşı həbs olundu

Xeber.ge xeber  verir ki, "DTX"-nin məlumatına görə, kommersiya rüşvəti faktı üzrə Tbilisi meriyasına məxsus “Hermes” MMC-nin əməkdaşı – Muxatgverdi qəbiristanlığının nəzarətçisi saxlanılıb. Söhbət vətəndaşa pul qarşılığında qəbir yerinin qanunsuz verilməsi faktından gedir.

“Aparılmış istintaqla müəyyən edilib ki, Tbilisi meriyası tərəfindən yaradılmış “Hermes” MMC-nin Muxatgverdi qəbiristanlığının nəzarətçisi Gürcüstan vətəndaşına qanunla ölüm haqqında arayış olmadan qəbir yerlərinin ayrılmasının qadağan olunduğuna baxmayaraq, ölüm haqqında arayışsız üçyerlik qəbir sahəsini mülkiyyətə verməyi və həmin qəbirlə bağlı şəhadətnamə hazırlamağı vəd edib. Sənəddə vətəndaşın dünyasını dəyişmiş babasının məlumatları qeyd olunacaqdı ki, guya həmin sahədə mərhum artıq dəfn edilib və bununla bağlı yazı da vurulacaqdı. Bunun əvəzində 4600 lari tələb olunub.

2025-ci ilin 3 və 5 noyabrında vətəndaş tələb olunan məbləğin bir hissəsi – 2100 larini təqsirləndirilən şəxsə təhvil verib.

2025-ci il 14 noyabrda nəzarətçi vətəndaşa qəbirin şəhadətnaməsini verib və qalan 2500 larini alıb.

Məhkəmə qərarı əsasında aparılan gizli istintaq hərəkətləri nəticəsində cinayət əməlini təsdiq edən audio və video sübutlar əldə olunub”, – deyə DTX-nın məlumatında bildirilir.

Qeyd olunur ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə aparılır və bu, 4-dən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.