Azyaşlını zorlayan şəxsə 18 il həbs cəzası verildi

Sep 6, 2025 - 18:02
 0  21
Azyaşlını zorlayan şəxsə 18 il həbs cəzası verildi

Samtrediya Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə qəbul edib və azyaşlının zorlanması işində təqsirləndirilən şəxsi günahkar bilib.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 17 noyabr 2024-cü il tarixində təqsirləndirilən şəxs zor tətbiq etməklə və zərərçəkmişin aciz vəziyyətindən istifadə etməklə, əvvəlcədən azyaşlı olduğunu bildiyi 14 yaşlı şəxsə qarşı cinsi əlaqədə olub. Hüquq-mühafizə orqanları onu 22 noyabr 2024-də saxlayıblar.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “g” bəndi ilə – zor tətbiq etməklə və zərərçəkmişin aciz vəziyyətindən istifadə etməklə, əvvəlcədən azyaşlı olduğunu bilə-bilə törədilmiş zorlamaya görə – ittiham elan olunub.

Samtrediya Rayon Məhkəməsi təqsirləndiriləni irəli sürülmüş ittiham üzrə günahkar bilib və ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

mənbə: interpress