Ayətullah Xamenei Suriya hadisələrinin planını ABŞ və İsrail cızıb

Dec 11, 2024 - 15:32
Dec 11, 2024 - 15:33
 0  11
Ayətullah Xamenei Suriya hadisələrinin planını ABŞ və İsrail cızıb

Xeber.ge xəbər verir ki, İran Ali lideri Ayətullah Xamenei Suriyada yaranmış vəziyyətlə bağlı çıxış edir.

O deyib ki, Suriyadakı hadisələrin planı “ABŞ və İsraildəki komanda məntəqəsində” cızılıb, baş verənlər onların ortaq planının “məhsuludur” və bununla bağlı dəlil-sübutlar var.

Ayətullah Xamenei “Suriyaya qonşu ölkələrdən birinin də məsələdə mühüm rol oynayır və oynamağa da davam edir, bunu hamı görür“.

Lakin, o qeyd edib ki, bunların arxasında duran, plan cızan və “fərman verən” əsas ölkələr ABŞ və İsraildir.

mənbə:az.shafaqna.com