Amerikalı dünya çempionu atlet İslamı qəbul edib

Jul 7, 2025 - 10:28
 0  7

Dünya çempionu olmuş və Paris Olimpiadasında medal qazanmış tanınmış amerikalı atlet İslam dinini qəbul edib.

Xeber.ge xəbər verir ki, tanınmış amerikalı atlet Fred Kerley “Instagram” səhifəsində paylaşdığı bir videoda İslam dinini seçdiyini elan edib.

30 yaşlı Kerley Birləşmiş Ərəb Əmirliklərindəki bir məsciddə kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

Kerley dünya çempionatlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. O, həmçinin Tokio 2020 Yay Olimpiya Oyunlarında 100 metr qaçışında gümüş, Paris 2024 Olimpiadasında isə bürünc medal əldə edib.

mənbə: iqna