Aksiya zamanı müşahidə kameralarını zədələyən şəxs saxlanılıb

Dec 12, 2024 - 12:26
 0  14
Aksiya zamanı müşahidə kameralarını zədələyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi obyektə qrup halında zərər vurmaqda təqsirli bilinən 1 nəfəri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu il dekabrın 4-də Rustaveli prospektində mitinq zamanı təqsirləndirilən şəxs 112 nömrəli 7 videomüşahidə kamerasını zədələyib ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qrup halında əşyaya ziyan vurmaqda təqsirli bilinən 1998-ci il təvəllüdlü G.X. hakimin qərarı ilə həbs edilib.

Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il dekabrın 4-də Rustaveli prospektində mitinq zamanı təqsirləndirilən şəxslər onu müşayiət edən şəxslərlə birlikdə 112 saylı İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinin balansında olan 7 ədəd videomüşahidə kamerasını zədələyiblər. Polis aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində G.X-nıTbilisidə saxlayıb.

Daxili İşlər Nazirliyi cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi, yəni obyektə qrup şəklində zərər vurma ilə aparılır”, - məlumatda deyilir.

mənbə: interpress