Ağır yol qəzası can aldı, bir nəfəs isə ağır yaralandı

Jul 12, 2025 - 12:03
 0  33
Ağır yol qəzası can aldı, bir nəfəs isə ağır yaralandı
: :
playing

Kutaisi–Tskaltubo yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində motosiklet sürücüsü, 33 yaşlı kişi həyatını itirib.

Hadisə zamanı daha bir nəfər də xəsarət alıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən motosiklet aşıb. Qəzada sürücüyə kömək etmək üçün yola çıxan kişini isə avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Motosiklet sürücüsü xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Digər yaralıya cərrahiyyə əməliyyatı aparılıb və o, hazırda reanimasiya şöbəsindədir.

Hadisə ilə bağlı istintaq başladılıb.

mənbə: interpress