ABŞ və Səudiyyə Ərəbistanı arasında 600 milyard dollarlıq razılaşma

Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya yatırmaq öhdəliyi götürüb.
Xeber.ge xəbər verir ki,
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ər-Riyada səfəri zamanı razılaşdırılan müqavilə layihəsini dərc edib.
Bildirilir ki, yeni sənəd müdafiə, energetika və təhlükəsizlik sahələrini əhatə edəcək, həmçinin ABŞ şirkətlərinə nadir metallara çıxış imkanı yaradacaq.
Qeyd edək ki, Tramp mayın 15-də Qətərin paytaxtı Dohaya səfər edəcək, ertəsi gün isə Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək. Görüşlərin əsas gündəliyini enerji təchizatı və qarşılıqlı hərbi əməkdaşlıq təşkil edəcək.
mənbə: oxu.az