ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
İrana qarşı hərbi əməliyyat ABŞ-yə 61 milyard dollardan çox başa gəlib.
Xeber.ge xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Məlumata görə, əməliyyatın 55-ci günündə ABŞ-nin büdcə xərcləri 61 milyard dolları keçib. Bildirilir ki, hazırda ABŞ xəzinəsindən hər saniyə 11,5 min dollardan çox vəsait xərclənir.
Portal qeyd edir ki, məlumatlar real vaxt rejimində yenilənir və hesablamalara şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli xərclər daxildir. Hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin hesabatlarda əməliyyatın ilk altı günündə 11,3 milyard dollar xərcləndiyi, sonrakı dövrdə isə gündəlik xərclərin təxminən 1 milyard dollara çatdığı göstərilir.
mənbə: publika.az