ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı silahlı hücum nəticəsində öldürülüb.
Xeber.ge xəbər verir ki,
Hadisə dünən səfirlik əməkdaşları şəhərdəki Yəhudi Muzeyində keçirilmiş tədbirdən çıxdıqları zaman gerçəkləşib.
Onlara naməlum şəxs tərəfindən atəş açılıb.
Hazırda insidentlə bağlı araşdırma aparılır, hücumun motivləri və şübhəlilərin kimliyi barədə məlumat verilməyib.
mənbə: baku.ws