2026-cı il Ərbəin mərasiminin STATİSTİKASI

Aug 5, 2026 - 14:33
 0  8
2026-cı il Ərbəin mərasiminin STATİSTİKASI

XEBER.GE xəbər verir ki, 2026-cı il Ərbəin mərasimi ilə bağlı statistik məlumatlar açıqlanıb.

Qeyd edilib ki, Ərbəin yürüşünə ümumilikdə 22 milyon zəvvar qatılıb, o cümlədən də 172 ölkədən olan 5 milyondan çox xarici zəvvar bu əzəmətli tədbirdə iştirak edib (xarici ziyarətçilərin sayında İran liderdir).

Bundan başqa, Kərbəla vilayətində Ərbəin zəvvarlarına xidmət göstərmək üçün 16 min moukəb (xidmət məntəqəsi) fəaliyyət göstərib.

Ərbəin yürüşü zamanı Kərbəla vilayətinin səhiyyə idarəsi digər qurumların dəstəyi ilə 7 milyon zəvvərə tibbi xidmət göstərib.

Builki Ərbəin mərasimi dövründə vilayətə sutka ərzində fasiləsiz olaraq 1 600 meqavat elektrik enerjisi verilib.

Bu il avqustun 4-nə təsadüf edən Ərbəin matəm mərasimi dünyada keçirilən ən böyük dini toplantılardan biri hesab olunur.

Həmçinin əlavə edilib ki, Ərbəin mərasiminin təhlükəsizliyi üçün İraq Xalq Səfərbərlik Qüvvələrinin (“Həşdi Şabi”) 54 mindən çox hərbçisi ölkənin müxtəlif əyalətlərində xidmət göstərib.

mənbə: azshafaqna.com