19 yaşlı Saba Cikiaya 4 il 6 ay həbs cəzası verib

Jul 10, 2025 - 14:39
 0  12
19 yaşlı Saba Cikiaya 4 il 6 ay həbs cəzası verib

Rejim 19 yaşlı Saba Cikiaya 4 il 6 ay həbs cəzası verib – qərarı hakim Tamar Mçedlişvili çıxarıb.


“Azadlığın qiymətini anladım və nəvələrimə danışacaq möhtəşəm bir hekayəm olacaq...

Dəstəyə və mənəvi dayaq göstərdiyiniz üçün təşəkkür edirəm. Bu, mənim üçün motivasiyadır və göstərir ki, tək deyiləm. Onlar azad düşüncəni boğmağa çalışırlar, amma mən çoxlu azad düşüncə görürəm. İstəmirəm ki, mənim və gələcək nəsillərim diktatura şəraitində böyüsün. Gənclik illərimi həbsxanada keçirməyə məcbur olsam da, yeni bir ailə qazandım. Möhtəşəm oğlanlarla tanış oldum”, – deyə 19 yaşlı Saba Jikiya yekun sözündə bildirib.

Prokurorluq Cikianı polis əməkdaşına hücumda ittiham edirdi ki, bu da 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur. Konkret olaraq, prokurorluğun versiyasına görə, Saba Cikia 30 noyabr tarixində keçirilən aksiya zamanı Daxili Təhlükəsizlik Departamentinin əməkdaşına təpiklə zərbə vurub.

Saba Cikia 2024-cü il dekabrın 5-də saxlanılıb, o zaman o, hələ 18 yaşında idi.

mənbə: marneulifm