11 yaşlı qıza cinsi qısnama etməkdə suçlanan 67 yaşlı kişi intihar etdi
11 yaşlı yeniyetməyə cinsi qısnama etməkdə ittiham olunan 67 yaşlı kişi ölü tapılıb. Daxili İşlər Nazirliyi kişinin intihar edərək həyatına son qoyduğunu təsdiqləyir.
XEBER.GE xeber verir ki, ictimaiyyətə yayılan məlumatlara görə, məktəbli uşaq ailəsinə qohumu olan kişinin ona zəng etdiyini, qısnama tətbiq etdiyini və cinayət tərkibi yarada biləcək əlaqə qurmağa çalışdığını bildirmişdi.
Yeniyetmə baş verənlər haqqında ailə üzvlərinə danışıb. Daha sonra telefon danışıqlarının biri zamanı ailə zəngi lentə alıb və əldə olunan səs yazısı ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Kişinin ölümünə qədər istintaqın hansı mərhələdə olduğu və onun iş üzrə hər hansı rəsmi prosessual statusunun olub-olmaması hazırda məlum deyil.