Əhali 2026-cı ili artırılmış tariflə qarşılayacaq

Dec 25, 2025 - 21:05
 0  25
Əhali 2026-cı ili artırılmış tariflə qarşılayacaq

Əhali 2026-cı ili elektrik enerjisinin artırılmış tarifi ilə qarşılayacaq. SİMEK-in sədri hələlik ödənişin nə qədər artacağını açıqlamır, lakin artıq məlumdur ki, elektrik enerjisi həm vətəndaşlar, həm də biznes üçün bahalaşacaq.

Xeber.ge xeber  verir ki, elektrik enerjisinin bahalaşması isə avtomatik olaraq istehsalında elektrikdən istifadə olunan bütün məhsulların qiymət artımına səbəb olacaq.

Kobaxidze bildirir ki, elektrik tariflərinin artımı qlobal qiymətlərdən asılıdır.

Baş naziri SİMEK-in sədri ilə görüş və məsləhətləşmələr aparılacağını anons edib.

Ekspertlərin fikrincə, mövcud tarif saxlanılmasa, bu, maddi çətinlik çəkən insanlar üçün əlavə maliyyə təzyiqi olacaq.