Zestafonidə 12 qəbiristanlığı qarət edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Zestafoni Rayon İdarəsinin əməkdaşları qəbiristanlıqdan oğurluq edən bir şəxsi saxlayıblar.
XEBER.GE xeber verir ki, şübhəli şəxs Zestafoni bələdiyyəsi ərazisində ümumilikdə 12 məzarı qarət edib. O, qəbirlərin ətrafındakı dəmir çəpərlərin metal hissələrini sökərək oğurlayıb.
Dələduzluq yolu ilə əldə edilən metal detalları təqsirləndirilən şəxs Zestafoni şəhərində yerləşən metal qəbulu Məntəqəsinə təhvil verib. Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat nəticəsində həmin metal məmulatlarını əski halında ələ keçirərək maddi sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi (ölüyə hörmətsizlik və qəbirdə olan əşyanı qanunsuz mənimsəmə) ilə istintaq aparılır. Bu cinayətə görə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.