Yuxarı Lars yenə bağlandı: Uçqun təhlükəsi...

Feb 28, 2025 - 19:52
 0  35
Yuxarı Lars yenə bağlandı: Uçqun təhlükəsi...

Gürcüstan-Rusiya sərhədinə (Yuxarı Lars keçid məntəqəsi) gedən yolda yüksək uçqun təhlükəsi ilə əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Gürcüstan Avtomobil Yolları Departamentinin açıqlamasında bildirilir.

Xüsusilə, nəqliyyat vasitələrinin hərəkətinə qadağa Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində qüvvədədir.

Stepantsminda-Lars hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət yoxdur.

mənbə: axar