Yeni pasportlar niyə geri çağırılır?

Feb 21, 2026 - 10:45
 0  56
Yeni pasportlar niyə geri çağırılır?

Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən bir neçə aydır təqdim olunan yeni nəsil səyahət sənədlərində texniki qüsur aşkar edilib.

Xeber.ge xeber  verir ki, son iki gündür ölkə vətəndaşları sosial şəbəkələrdə onlara rəsmi qurumlardan zənglər gəldiyi və pasportların dəyişdirilməli olduğu barədə məlumatlar paylaşırlar.

"Azadlıq Radiosu"nun məlumatına əsasən, ötən gün iş saatları başa çatdıqdan sonra belə, paytaxtdakı Ədliyyə Evində pasportlarını yenidən çap etdirmək istəyən vətəndaşların uzun növbələri yaranıb. Sənədlərini təcili qaydada hazırlatmış şəxslər planlaşdırılan səfərlərinin təhlükə altına düşməsindən narahatlıqlarını ifadə edirlər.

Maraqlıdır ki, təxminən üç aydır verilməyə başlanan bu yeni pasportlar Təhlükəsiz Sənədlərin Beynəlxalq Konfransında qalib elan olunmuşdu. Dövlət qurumları hələlik xətanın dəqiq səbəbi barədə rəsmi açıqlama verməyiblər. İlkin ehtimallara görə, problem sənədin biometrik çipi və ya vizual məlumatların çapı ilə bağlı ola bilər.

Qeyd edək ki, vətəndaşlar pasportların dəyişdirilməsi prosesinin əlavə xərc tələb edib-etməyəcəyi və xarici ölkələrin sərhəd-keçid məntəqələrində yarana biləcək mümkün problemlərlə bağlı Ədliyyə Nazirliyindən cavab gözləyirlər.